Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini ilə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a səfirlikdən bildirilib.
Birgə layihələri müzakirə edən tərəflər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi baza kimi ötən il imzalanmış müvafiq anlaşma memorandumunu qeyd edərək bu sənəddə tələbə mübadiləsinin də nəzərdə tutulduğunu dilə gətiriblər.
Həmçinin ADA Universiteti ilə Americas – Puebla Universiteti (UDLAP) arasında əməkdaşlıq məsələlərini də müzakirə edən tərəflər qarşılıqlı olaraq tələbələr üçün yay tədris kurslarının təşkili ehtimalına dair fikir mübadiləsi aparıblar.
Gununsesi.org
COMMENTS