ABŞ-ın əmək statistikası Bürosu işçiləri daha çox istehsalat xəsarətləri alan peşələrin siyahısını dərc edib. Siyahıya 100 min nəfər üçün ən çox istehsal travmaları olan peşələr daxil edilib.
Gununsesi.org xəbər verir ki, “Businessİnsider” portalının mütəxəssisləri siyahının əsasında nümayəndələri iş başında daha çox ölən peşələrin reytinqini tərtib ediblər:
10. Bitkilərə qulluq, qazonun kəsilməsi sahəsində işləyənlər
100 min nəfərə düşən ölüm sayı: 20,2
9. Tikinti peşələri və yerin təkinin sərvətlərinin çıxarılması ilə bağlı peşələrin nümayəndələri
100 min nəfərə düşən ölüm sayı: 21,0
8. Dəmir və ya polad tirlərlə işləyən şəxslər
100 min nəfərə düşən ölüm sayı: 23,6
7. Rançoda işləyən fermerlər və fəhlələr, eləcə digər kənd təsərrüfatı peşələrinin nümayəndələri
100 min nəfərə düşən ölüm sayı: 24,7
6. Yük maşınlarının sürücüləri
100 min nəfərə düşən ölüm sayı: 26,0
5 Zibil toplayanlar
100 min nəfərə düşən ölüm sayı: 44,3
4. Taxtapuşçular
100 min nəfərə düşən ölüm sayı: 51,5
3. Pilotlar və bortmühəndislər
100 min nəfərə düşən ölüm sayı: 58,9
2. Balıqçılar
100 min nəfərə düşən ölüm sayı: 77,4
1. Meşə qıranlar
100 min nəfərə düşən ölüm sayı: 97,6
COMMENTS