Göygöldə kişi həmkəndliləri tərəfindən bıçaqlanıb

Göygöldə kişi həmkəndliləri tərəfindən bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org APA-ya istinadən məlumatına görə, hadisə rayonun Mollacəlli kəndində qeydə alınıb.

 1976-cı il təvəllüdlü Abdiyev Asif Mehralı oğlu kəsilmiş- deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, A.Abdiyev həmkəndlisi Asəf Namazov və onun atası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org

COMMENTS