Koronavirus xəstəsinə qarşı cinayət işi açıldı

Koronavirus xəstəsinə qarşı cinayət işi açıldı

Çinin Hubey əyalətində koronavirus xəstəsinə qarşı cinayət işi açıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

Belə ki, fevalın 7-də 64 yaşlı çinli qadında koronavirus aşkarlanıb. Cinayət işinin açılmasına səbəb isə xəstə və ailəsinin Uhana getdiklərini gizlətmələri olub. Qadın özü xəstəxana işçiləri daxil olmaqla, 77 nəfərlə kontaktda olub.

Əyalət hökuməti izolyasiya tədbirləri görüb və qadının yaşadığı və ya olduğu bütün yerləri bağlayıb.

 

 

Gununsesi.org

COMMENTS