Britaniya Parlamentinə tülkü girib.
Gununsesi.org-un TASS-a istinadən məlumatına görə, bu barədə mühafizəkar deputat Culiya Lopes özünün “Twitter” hesabında paylaşıb.
“İş gününün sonunda Parlamentdəki ofisdən çıxıram və eskalatorla “Portkullis-haus”a çıxan tülkünü görürəm. Biz bir sıra qəribə şeylərin şahidi olmuşuq, ancaq beləsinin yox!”, – deyə o, baş verənləri şərh edib.
Polislər tülkünü tutaraq qutuya qoyublar, sonra isə küçəyə buraxıblar.
Gununsesi.org
COMMENTS