Baş nazirdən vətəndaşları maraqlandıran gömrük rüsumu ilə bağlı ÖNƏMLİ QƏRAR

Baş nazirdən vətəndaşları maraqlandıran gömrük rüsumu ilə bağlı ÖNƏMLİ QƏRAR

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Gununsesi.org-un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, müvafiq sənədin 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda dəyişiklik edilsin.

 

Belə ki, həmin sütunda “mart, aprel, may,” sözləri “fevral, mart, aprel,” sözləri ilə əvəzlənib.

Qərar təzə və ya soyudulmuş, toxumluq kartofun idxalı ilə bağlı tətbiq edilən gömrük rüsumu ilə bağlıdır.

Əvvəlki qərarda yazılırdı ki, mart, aprel, may, sentyabr, oktyabr və noyabr aylarında idxal edilən kartof gömrük rüsumundan azad edilir.

Yeni qərarla isə fevral, mart, aprel, sentyabr, oktyabr və noyabr aylarında idxal edilən gömrük rüsumundan azad ediləcək.

Gununsesi.org

COMMENTS