Tural Abbaslıya fərari ittihamı

Tural Abbaslıya fərari ittihamı

Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə namizədliyini irəli sürən Ağ Partiyanın sədri Tural Abbaslıya fərari ittihamı irəli sürülüb.

Gununsesi.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.

Bildirilir ki, seçki təşviqatlarında Qarabağdan danışan namizədin özü həqiqi hərbi xidmətdən yayınıb. Belə ki, Ağstafa rayonunda doğulan Tural Abbaslı hərbi xidmətə getməmək üçün saxta xəstəlik sənədi düzəldib.

Qeyd edək ki, Tural Abbaslı 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəddir..

 

Xəyal

Gununsesi.org

COMMENTS