İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılaraq şifahi sorğu-sual olunub.
Gununsesi.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.
Yoxlama zamanı onun əl yüklərində olan sabunların birinin içərisində gömrük nəzarətindən gizlədilən, çəkisi 74 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə – tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
COMMENTS