Metroda 1 nəfər özünü qatarın altına atdı

Metroda 1 nəfər özünü qatarın altına atdı

“Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.

Gununsesi.org xəbər verir ki, “Yaşıl xətlə” hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikməli olub. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında bildirib ki, metroda yubanma “Nəriman Nərimanov” stansiyasında sərnişin özünün stansiya yoluna atması ilə əlaqədardır.

“Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xəttə 10 dəqiqəlik yubanma yol verilib”, – deyə o bildirib.

 

 

Gununsesi.org

COMMENTS