Fuad Nəcəfli Ali Məclisdə çıxış edib - VİDEO

  • By admin
  • 10 Yanvar 2023 18:18

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, sessiyada prezidentin muxtar respublikaya təyin etdiyi xüsusi nümayəndə Fuad Nəcəfli çıxış edib.

HTML tutorial

Fuad Nəcəfli bildirib dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur:

“Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir”.

 

 

Afət Abbasova

Gununsesi.info