
Rusiyada qocalar evində dəhşətli yanğın olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 20 nəfər yanaraq həlak olub.
Sibirdəki Kemerovo şəhərində yaşanan hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri “TASS” agentliyinə açıqlamalarında 2 mərtəbəli binadakı yanğının hansı səbəbdən baş verməsinin naməlum olduğunu bildiriblər. Yanğın tamamı ilə söndürülüb.
Faciənin səbəbləri araşdırılır.
Tərcümə: Arzu Sayadoğlu