
Türkiyənin “Beşikdaş” klubu qış transfer dönəmində 6 əcnəbi futbolçusu ilə yollarını ayırmağa qərar verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Vout Veqhorst “Beşikdaş”ın Börnli ilə anlaşmasını gözləyir. Kirayə sözləşməsi ləğv ediləcək Holland futbolçu “Manşester Yunayted”ə transfer ediləcək.
“NTV Spor”un xəbərinə görə, İstanbul klubu daha 5 oyunçusu ilə vidalaşacaq.
Roman Says
Roman Says Dünya Kubokundakı gözəl performansından sonra Avropadakı fərqli klubların transfer siyahısına girib. Daha 2 il anlaşma müddəti olan müdafiəçinin ara transfer dönəmində yaxşı bir təklif olacaqsa, klubdan ayrıla bilər.
Kevin N Koudou
Dele Alli
Artur Masuaku
Fransisko Monteronun isə kirayələnməsi planlaşdırılır. Super Liqadan 3 klub İspaniya əsilli oyunçunu istəyir. 23 yaşlı müdafiəçi təklifləri dəyərləndirmə qərarı verərsə, klubdan ayrılacaq başqa bir oyunçu olacaq.
Fransisko Montero
Tərcümə: Arzu Sayadoğlu