İran etirazlarında öldürülənlərin sayı 481-ə yüksəldi – Rəsmi Tehran ölümlərdən…

  • By arzu
  • 09 Yanvar 2023 23:50

İranda etirazlar zamanı ölənlərin sayı açıqlanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Norveç mərkəzli İran İnsan Halqarı Qurumu bu ölkədə ölən etirazçıların sayının 481-ə yüksəldiyini açıqlayıb.

HTML tutorial

Qurumun yayımladığı hesabatda həyatını itirənlərin 35-nin qadın, 64-nün isə 18 yaşından kiçiklər olduğu yazılır.

Açıqlamada 31 bölgədən 25-nə dair bilgilərin yer aldığı hesabatda ən çox can itkisinin Sistan-Bəlucistanda olduğu vurğulanıb.

Xatırladaq ki, Tehranda 13 sentyabrda “əxlaq polisi” olaraq tanınan mühafizlər tərəfindən nəzarətə alındıqdan sonra polis bölməsində öldüyü deyilən Məhza Əminin “din qaydalarına” uyğun olaraq baş örtüyünü məcburu  geyinməməsi onun üçün faciə ilə nəticələnib.

Rəsmi Tehran isə açıqlanan ölümlərin sayının doğru göstərilmədiyini bildirir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info