İsveçin Baş naziri: “Ankaranın yanaşmasından narahatıq”

  • By arzu
  • 09 Yanvar 2023 18:28

İsveçin Baş naziri növbəti dəfə ölkəsinin NATO-ya üzvlüyü üçün açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ulf Kristerson Türkiyənin ölkəsinin NATO-ya qatılma müraciətini təsdiqləyəcəyindən əmin olduğunu söyləyib. Baş nazir vurğulayıb ki, ancaq ölkəsi Türkiyənin bu təsdiqlənmənin əvəzi olaraq istədiyi hər tələbi yerinə yetirə bilməyəcəyini açıqlayıb.

HTML tutorial

Siyasətçi İsveçdə düşüncə quruluşlarının birinin gerçəkləşdirdiyi və NATO Baş katibi Yens Stoltenberqin də içində olduğu toplantıda Ankaranın yanaşmasından narahat olduğunu bildirib.

“Türkiyə edəcəyimizi söylədiyimiz şeyləri yerinə yetirdiyimizi təsdiqləyir. Ancaq eyni zamanda, edə bilməyəcəyimiz, ya da vermək istəmədiklərimizi bizdən istəyirlər”, – deyə vurğulayıb.

O, rəsmi Ankaranın bir qərar verəcəyindən əmimnliyini dilə gətirib. “Ancaq nə zaman olacağını bilmirik. Qərar Türkiyənin əlindədir”, deib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info