Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini qismən təmin edib

  • By admin
  • 10 Yanvar 2023 17:05

Bu gün Xətai Rayon Məhkəməsində həbsdə olan  ictimai fəal Bəxtiyar Hacıyevin istintaq orqanının telefon danışıqlarını və görüşlərini qadağan etməsindən verdiyi şikayətə baxılıb.

Məhkəmə  istintaq orqanının Hacıyevin yaxın qohumları ilə telefon danışığına və görüşünə qoyduğu qadağasını ləğv edib. 

HTML tutorial

Bu barədə Gununsesi.infoya açıqlama verən vəkil Elçin Sadıqov deyib ki, həbs olunduğu gündən Hacıyevin ailə üzvləri və digər yaxınları ilə teılefon danışığına və görüşünə qanunsuz məhdudiyyət qoyulmuşdu: “Ancaq  şikayətimiz qismən təmin olundu. Bəxtiyar Hacıyevə ancaq ailə üzvləri ilə danışmaq haqqı tanındı. Başqa şəxslərlə telefon danışığına və görüşə qoyulan qadağa qüvvədə qalıb. Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxs həm yaxın qohumları, həm də onun üçün qanuni maraq kəsb edən bütün digər şəxslərlə telefonla danışmaq və görüşmək hüququna malikdir.

Vəkilin sözlərinə görə, Hacıyevlə məsləhətləşmələrdən sonra müdafiə tərəfi məhkəmənin bu hökmündən şikayət verib-verməmək barədə qərar qəbul edəcək.

Məhkəmə iclası Hacıyevin iştirakı olmadan keçirilib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb.

Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Yanvarın 9-da Apellyasiya Məhkəməsi növbəti dəfə onun həbsindən verdiyi şikayəti təmin etmədikdən sonra Hacıyev bir müddət əvvəl dayandırdığı  aclığı bərpa edib.

 

Afət Abbasova

Gununsesi.info