
Xəbər verdiyimiz kimi , Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Ali Məclisin deputatları Vasif Talıbov və oğlu Seymur Talıbov sessiyaya qatılmayıb.
Belə ki, Naxçıvan TV-nin sessiyadan yayımladığı reportajda sabiq sədrin və onun oğlunun iştirak etmədiyi bəlli olub.
Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Ali Məclis aparatı ilə əlaqə saxlayıb.
Aparatdan Vasif Talıbovun və oğlunun sessiyaya qatılmamasının səbəbindən xəbərsiz olduqları bildirilib.
Afət
Gununsesi.info