
Azərbaycanın müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay (Bəxtiyar Paşa) ordumuzun sovet hərbi sistemi qaydalarından imtinası və NATO standartlarına uyğunlaşdırılması üçün müvafiq layihə hazırlayıb.
Lakin türk generalının təqdim etdiyi layihədə hərbçilərin maaş artımı ilə bağlı təklifi Maliyyə Nazirliyindən keçməyib.
Bu barədə Gununsesi.info-ya hərbi mənbələrdən bildirilib.
Məlumata görə, Bəxtiyar Ersoyun Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanlığı adından hazırlamış olduğu layihəyə əsasən Azərbaycanda hərbi qulluqçuların əmək haqqı yeni qaydalarla hesablanmalıdır. Belə ki, layihəyə əsasən hərbçilərin əmək haqqı yeni mexanizmlə onların rütbəsinə və vəzifəsinə görə müəyyən olunur.
Əgər Azərbaycan bu layihəni qəbul edərsə, o zaman orduda əmək haqları indikindən xeyli artıq olacaq.
Saytımızı bilgiləndirən mənbə deyib ki, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanlığının təklifi olan əmək haqqı məsələsi Maliyyə Nazirliyini çıxılmaz duruma salıb.
Belə ki, nazirlik həmin maaşları ödənilməsinin mümkünsüz olduğunu deyib.
Mənbəmiz sonda məsələnin açıq qaldığını bildirib.
Elmar Elnuroğlu
Gununsesi.info