Keçmiş futbolçu həyatdaykən öz məzarını hazırlatdı – Hər gün gedib üstündə yatır… / FOTOLAR

  • By arzu
  • 10 Yanvar 2023 19:24

Türkiyənin Bursa şəhərində bir nəfər ölümünü xatırlamaq üçün həyatdaykən öz məzarını hazırladıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 3 uşaq atası, keçmiş futbolçu 67 yaşlı Əli Aytəkin hər gün gedib öz məzarındakı çiçəkləri sulayır. Ən azı, 1 saat öz məzarının üstündə yatır, vaxt keçirir.

HTML tutorial

 

Aytəkin bu addımı ilə məqsədinin ölümü xatırlamaq olduğunu söyləyir. “Yerin üstünü deyil, altını düşünmək lazımdır. Ölüm hər kəsin ağlına gəlsin. Hər kəsə örnək olsun deyə, öz məzarımı hazırlatdım”.

“Qəbristanlığı ziyarət etdim. Kimin zəngin, kimin kasıb olduğunu anlaya bilmədim. Anladığım tək şey hər kəs “Fatihə” gözləyir. Bura son dayanacaqdır”, – deyə keçmiş futbolçu vuröulayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info