
Azərbaycanda siyasi-ictimai fəallar Təşəbbüs Qrupu ilə yeni siyasi hərəkat başladıb.
Gununsesi.info xəbər verir ki, müxtəlif peşə növlərindən olan siyasi təcrübəsi olan insanlar başlatdığı siyasi hərəkata Xalqa Xidmət Hərəkatı adını verməklə yaxın gələcəkdə siyasi partiyaya çevriləcəklərini açıqlayıblar.
Təşəbbüs Qrupunun açıqladığı mətni sizə təqdime edirik:
“Biz, Təşəbbüs Qrupu olaraq “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nun 94-cü və 96-cı maddələrini əsas alaraq, təşəbbüs qrupu ilə Azərbaycanda yeni siyasi hərəkat – Xalqa Xidmət Hərəkatının(XXH) yaradıldığını bəyan edirik. Bu qərar təşəbbüs qrupunun ümumi toplantısı zamanı alınıb. Verilmiş təklif yüksək qiymətləndirilib və say çoxluğu ilə qəbul edilib. Toplantı zamanı ölkədəki vəziyyət müzakirə edilib.
Xalqa Xidmət Hərəkatınn yaradılmasında məqsəd milli maraqların təmin edilməsi, xalqın yaşayışının yaxşılaşdırılması, hüquq və azadlıqların təminatı, iqtidar-müxalifət arasındakı düşmən münasibətlərinin aradan qaldırılması, şəffaflığa və qanunçuluğa əməl edilməsi, demokratik seçkilərin keçirilməsi, hakimiyyət orqanları arasında tarazlı bölgünün və işləyiş mexanizmasının yaradılması, sərbəst bazar münasibətlərinin təmin edilməsi, ədalətli biznes yarışının yaratmaqdır. Eləcə də, bütün sahələrdə müsbət addımların atılması və xalqa xidmət üçün ediləcək maksimum səylərin gerçəkləşdirilməsidir. Xalqın siyasi aktivliyini artırmaq, siyasi mühiti normallaşdırmaq, ölkədəki iqtidar-müxalifət münasibətlərinin düzəldilməsi də əsas hədəflərimiz arasındadır.
Düşünürük ki, Azərbaycanı düşmüş olduğu bu uçurumdan qurtarmaq siyasətdəki hər kəsin xalqa və vətənə milli və hüquqi borcudur. XXH-nin yığıncağı zamanı bütün siyasi partiyalara hörmətlə yanaşılması qərara alınıb. Vurğulanıb ki, hansı siyasi partiyadan gələrsə, gəlsin, xalqın və ölkənin əleyhinə naxələf addımların cavabı veriləcək. Sadaladığımız bu amillər, hüququn bizə tanıdığı haqlar və toplumdan gələn siyasi sifariş artıq bu siyasi hərəkatın yaradılmasını zərurət halına çevirib.
XXH-nin almış olduğu bu qərar, həm də iqtidara-müxalifətə bir çağırışdır. Həm də xalqımızı salınmış olduğu bu dərin əzablı problemlərin məngənəsindən qurtarmaq üçün atılmış addımdır. Hazırkı acınacaqlı durumdan ölkəni və xalqı qurtarmaq yalnız iqtidarın deyil, həm də bunu həll etmək istəyən-istəməyən, çıxış yolları təklif edən-etməyən bütün siyasi qurumların borcudur. Birmənalı olaraq vurğulayırıq ki, bütün Azərbaycan siyasilərinin xalq uğrunda tək vücud halında birləşməməsi hər kəsi xalqın ətrafında birləşməyə çağıran, bunun aparıcı gücü olmaq istəyən XXH-nin yaradılmasını zərurətə çevirib. Hesab edirik ki, siyasi dialoqdan qaçmaq və ya dialoq zamanı ayrı-seçkilik etmək qəbuledilməzidr.
Xalqımız uğrunda bu çağırışımıza veriləcək cavablar, düşünürük ki, siyasilərin xalqa verilmiş cavabı və bu peşə üzrə bir imtahanıdır.
Bu hərəkat, adına uyğun olaraq, həm də xalqın haqlarının müdafiəsi ətrafında birləşmək, xalqa dəstək üçün yaradılıb.
Təşəbbüs qrupumuzun açıqladığı bu qərar yalnız XXH-nin yaradılmasının elanı deyil, həm də xalqın və ölkənin taleyini dəyişdirmək üçün bütün siyasi qurumlara, hər kəsə çağırışdır: haqqın, demokratiyanın və millətin ətrafında birləşməyə müraciətdir.
XXH-nin toplantısı zamanı iştirakçılar yekdilliklə irəliki zamanlarda Xalqa Xidmət Hərəkatının(XXH) siyasi partiyaya çevriləməsi üçün Təşkilat komitəsinin yaradılmasına qərar verib. Yaxın dönəmlərdə siyasi partiyanın yaradılması ilə bağlı Təsis qurultayı keçiriləcək. Bildiririk ki, artıq hərəkatla bağlı Facebook qrupu və səhifəsi yaradılıb. Sosial Mediada bir çox XXH-nin siyasi liderlərinin səhifələrində ölkədəki siyasi-ictimai problemlərlə bağlı mövzulara toxunulur. Təşəbbüs qrupu olaraq açıqlayırıq ki, hazırda paytaxtın bir neçə rayonlarında və bütövlükdə, ölkənin 18 rayon və şəhərində özək qolları yaradılıb.
Təşəbbüs qrupunu iştirakçıları arasında ağsaqqallar, siyasətçilər, jurnalist, hüquqşünaslar, ziyalılar, dindarlar, eləcə də digər peşə növlərindən olan insanlar var. Çoxluq etibarı ilə siyasi partiya təcrübəsi olan, siyasi partiyaların məclislərində yüksək vəszifə tutan, rayon təşkilat sədri, rayon təşkilat sədrinin müavini, aktiv siyasi-ictimai fəallar, Azərbaycan Xalq Cəbhəsində yer almış insanlardır.
Təşəbbüs qrupuna aşağıdakı şəxslər daxildir:
Arzu Sayadoğlu: Sədr – siyasətçi, jurnalist
Rövşən Əliyev: Sədrin müavini – hüquqşünas, qazi
Tural Qədiməlili : Sədrin Təşkilati məsələlər üzrə müavini – Siyasətçi
Tariyel Rəsulov: Sədrin Təbliğat məsələlərinə üzrə müavini – siyasi fəal
Hüsniyyə Məmmədova – hüquqşünas
Vüsalə Cəlilova: Evdar xanım, keçmiş müəllimə, siyasi fəal
Zəminə Uğurluyeva – dindar, siyasi fəal
Asif Hacıyev – Siyasi fəal, tikinti işçisi
Quliyev Tahir: Sənaye işçisi, siyasi fəal
Kamil Cəfərov: Siyasi fəal, tikinti mühəndisi
Niyaməddin Süleymanov– Siyasi fəal
Məhsun Yaqubov – Siyasi fəal
İlhamə Orucova – Siyasi fəal
Sara Abdullayeva – Siyasi fəal
Ramil İbrahimov – Siyasi fəal
Rəşidə Bağırova – Siyasi fəal
Quliyeva Gülnarə – Siyasi fəal
Gülər Mürvətova – Siyasi fəal
Rəvan Mustafayev – Siyasi fəal
Lamiyyə Bağırova – Siyasi fəal
Solmaz Əliyeva – Siyasi fəal
Qismət Allahverdiyev – Siyasi fəal
Sakit Haqverdiyev – Sənaye işçisi, siyasi fəal
Ümid Umudlu – Sənaye işçisi, siyasi fəal
Dilarə Əhədova – Siyasi fəal
Şahmar İsmayılov – Siyasi fəal
Sayad Məmmədov – Ağsaqqal
Təşəbbüs qrupunun bu qərarı mətbuata açıqdır. Alınmış bu qərar bütün siyasi partiyalara göndəriləcək.
Bu qərar bütün QHT, İctimai və Siyasi Birliklərə çağırış xarakteri daşıyır.
Təşəbbüs qrupu ictimaiyyətə açıqdır: Xalqını sevən istənilən şəxs, siyasi qurum və təşkilatlar bu məqsədələrə dəstək verə bilər.
7 yanvar 2023-cü il.