Fuad Ağayev İlqar Məmmədovla bağlı bəraət qərarından yazdı –YERLİ MƏHKƏMƏLƏR NƏZƏRƏ ALMALIDIR

Fuad Ağayev İlqar Məmmədovla bağlı bəraət qərarından yazdı –

Azərbaycanın tanınmış vəkili Fuad Ağayev REAL sədri İlqar Məmmədova bəraət verilməsi ilə bağlı Ali Məhkəmə Plenumunun qərarını şərh edib.

Gununsesi.org vəklinin həmin qeydlərini təqdim edir:

“Yeddi ildən artıq İlqar Ilgar Mammadovun hüquqlarını müdafiə edirəm. Açığı, cinayət təqibi orqanlarının və digər qurumların bu iş üzrə həm İlqar, həm onun müdafiəçiləri üçün yaratdığı maneələr, problemlər hədsiz olub.

Nəhayət, bir saat əvvəl Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verdi, qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya da təyin etdi. Maddi ziyana görə kompensasiya və s. məsələlər ilə bağlı o, mülki qaydada məhkəməyə müraciət edə bilər.
İlqar Məmmədovun işində açar rolunu Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusunu müəyyən etməsi (Azərbaycanla bağlı birinci dəfə) oynadı. Məhz buna görə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Hökumətindən dəfələrlə İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib, bu nəticə vermədikdə isə, tarixdə ilk dəfə dövlətin məhkəmə qərarını icra etməməklə öz beynəlxalq-hüquqi öhdəliyini pozub-pozmaması ilə bağlı sorğu verib və Avropa Məhkəməsinin Böyük Palatası da tarixdə ilk dəfə bu sorğuya baxaraq, pozuntu baş verməsinə dair qərar qəbul edib.
Hesab edirəm ki, bu günkü məhkəmə qərarı yerli məhkəmələrin praktikasına müsbət təsir etməlidir”.

Gununsesi.org

COMMENTS