Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Azərbaycan Mərkəzi Bankından Gununsesi.org-a verilən məlumata görə, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 52,3% və ya 20,3 mln. artıb.
Hərracda manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
COMMENTS