Azərbaycan koronavirusla mübarizədə Bosniya və Herseqovinaya kömək edib.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, sabah Sarayevo Beynəlxalq Hava Limanına Azərbaycandan humanitar yardım daşıyan təyyarənin yerə enəcəyi barədə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi bu ölkənin Təhlükəsizlik Nazirliyini məlumatlandırıb.
Bununla bağlı Bosniya və Herseqovina təhlükəsizlik naziri Fəxrəddin (Fahrudin) Radonçiç ölkənin bütün vətəndaşları adından Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.
Təhlükəsizlik Nazirliyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Bosniya təhlükəsizlik naziri Fəxrəddin Radonçiçin koronavirusa mübarizədə bu ölkəyə dəstək barədə müraciətinə cavab verib və bunu ötən ay nazir F.Radonçiç tərəfindən Sarayevodakı əcnəbi səfirlərlə, beynəlxalq təşkilatlar və təsisatlarla keçirdiyi donor konfransının bəhrəsi olaraq dəyərləndirib.
“Bir sıra ölkələr və donorlar Bosniya və Herseqovinaya koronavirusla mübarizədə dəstək üçün müraciətə cavab verib. Təkcə Avropa İttifaqı 80,5 milyon avro məbləğində yardım ayırıb”,– nazirliyin açıqlamasında qeyd olunur.
COMMENTS