Prezident Lukaşenko: “MDB əhəmiyyətini itirir, milli eqoizm Rusiyanı tutub”

Prezident Lukaşenko: “MDB əhəmiyyətini itirir, milli eqoizm Rusiyanı tutub”

“MDB vacib məsələlərin həlli meydanı öz önəmini itirir”.
Gununsesi.org  Axar.az-a istinadla xəbər verir ki, bunu “Mir” televiziyasına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, MDB artıq daha çox prezidentlərin görüşü, bəyanatların qəbulu üçün istifadə edilir. Bununla belə o, MDB-də kifayət qədər məhdudiyyətlərin olduğunu bildirib:
“Mərkəzi Asiya ölkələri Çinə tərəf baxırlar. Çin Mərkəzi Asiyaya yaxşı kömək edir, özünü doğru aparır. Çin onlara investisiyalarla, milyardlarla dollarla və digər şeylərlə kömək edə bilər.Son zamanlar milli eqoizm hər kəsi o cümlədən Rusiyanı tutub. Bizi faktiki olaraq hissələrə ayırıblar”.

Gununsesi.org 

COMMENTS