“Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?” –Tağı Əhmədovdan Çovdarova 3 milyonluq suala cavab

“Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?” –

“Bakı metropoliteni”nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdə azad olunmasına münasibət bildirib. 
Gununsesi.org xəbər verir ki, T.Əhmədov Unikal.org-un əməkdaşının “Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı” sualına sensasion cavab verib: “Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”.

Gununsesi.org

COMMENTS