Azərbaycan Milli Platformasından hökumətə ÖNƏMLİ ÇAĞIRIŞ

Azərbaycan Milli Platformasından hökumətə ÖNƏMLİ ÇAĞIRIŞ

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması son zamanlar ölkədə baş verənlərə dair bəyanat yayıb.

Gununsesi.org xəbər verir ki, həmin bəyanatda siyasətçi Tofiq Yaqublu barəsində cinayət işinin açılması, “Hepatit C” xəstəsi olan insan haqları fəali Elçin Məmmədin və bir sıra AXCP üzvlərinin həbsindən narahatlıq ifadə edilib. Bütün bunları nəzərə alaraq qurumun Azərbaycan üzrə Milli Platforması ölkə hakimiyyətinə bir ısra çağırışlar irəli sürüb. Sənəddə həmçinin Azərbaycan hökumətinə Azərbaycanın Avropa İttifaqına inteqrasıyası üçün bir sıra təkliflər də yer alıb. Həmin təkliflər:

  • Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilən insan hüquqları dialoqunu vətəndaş cəmiyyətinin səmərəli iştirakı ilə intensivləşdirməyə;
  • Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlarda vətəndaş cəmiyyəti də daxil olmaqla bütün maraqlı tərəflərin səmərəli iştirakını və prosesin şəffaflığını təmin etməyə;
  • Avropa İttifaqı ilə Azərbaycanın həyata keçirdiyi Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların tez və səmərəli yekunlaşması yolunda maneələrdən biri olan mövcud siyasi məhbus probleminin  Avropa İttifaqı ilə Azərbaycan arasında insan hüquqları dialoqunun növbəti mərhələsinədək sistemli və bridəfəlik həllinə nail olunması  üçün Azərbaycan hökumətilə daha intensiv və səmərəli işçi təmasın qurulmasına  çağırır.

 

Qeyd edək ki, sənədə platformaya üzv olan 28 tanınmış şəxs imza atıb.

Gununsesi.org

COMMENTS