Türk Hava Yolları Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümü və hər il qeyd olunan 23 Aprel Milli Suverenlik və Uşaqlar Bayramı münasibətilə xüsusi uçuş təşkil edib.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ankara Esenboğa Hava Limanından TK1920 reysi ilə havaya qalxan THY təyyarəsi xüsusi trayektoriya ilə səmada ay və ulduz çəkərək Türkiyə bayrağını canlandırıb.
“Dünyanın ən böyük bayrağı bizə məxsusdur! Bu qürur hamımızındır. 23 Aprel Milli Suverenlik və Uşaqlar Bayramınız mübarək”, – deyə THY-nin rəsmi tvitter hesabında verilən açıqlamada qeyd olunub.
Qeyd edək ki, Türk Hava Yolları Türkiyə bayrağı altında artıq 87 ildir ki, fəaliyyət göstərir.
COMMENTS