Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında “ReAl” sədri İlqar Məmmədova bəraət verilib.
Vəkil Fariz Namazlı Gununsesi.org-a bildirib ki, məhkəmənin plenumun qərarına əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.
Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib.
F. Ağayev təzminatın məbləğini açıqlamayıb.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.
Qeyd edək ki, İlqar Məmmədov özünün son Facebook hesabındakı yazılarında hökumətin pandemiya ilə bağlı tədbirlərini qiymətləndirərkən Azərbaycanı özünün hazırladığı cədvəldə “lider” ölkə kimi göstərmişdi.
İ. Məmmədov həmçinin öz yazısında hökumətlə siyasi dialoqlarının olduğunu qeyd etmişdi.
COMMENTS