Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda elan olunmuş xüsusi karantin rejimi dövründə Almaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, başda səfir Volfqanq Maniq olmaqla Bakı şəhərində ehtiyacı olanlara yardım edib.
Gununsesi.org səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfirlik əməkdaşları paytaxtımızda tək yaşayan yaşlı insanlara 50 ərzaq paketi paylayıb və dərman üçün pul veriblər.
Bu kampaniyanın Almaniyanın Federal Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirildiyi bildirilib.
Aksiya barədə danışan səfir V.Maniq deyib: “Xüsusilə bu çətin zamanda bir çoxları üçün ümid yeri göstərmək vacibdir. Xahiş edirəm, sağlam qalın!”
COMMENTS