Norveçdən Azərbaycanı sevindirən açıqlama: Dağlıq Qarabağda qondarma “seçkilər”i tanımırıq, Azərbaycanın ərazi bütövlüyünü…

Norveçdən Azərbaycanı sevindirən açıqlama: Dağlıq Qarabağda qondarma “seçkilər”i tanımırıq, Azərbaycanın ərazi bütövlüyünü…

Norveç qondarma “Dağlıq Qarabağ Respublikası”da keçirilən “seçkiləri” tanımır.

Gununsesi.org xəbər verir ki, Norveçin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə deyilib.

Qeyd olunub ki, Norveç Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edir.

 “Norveç qondarma “DağlıqQarabağ Respublikası”nı və müvafiq olaraq martın 31-də keçirilən “seçkilər”i tanımır. Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçilik səylərini dəstəkləyirik”, – deyə bəyanatda bildirilib.

Gununsesi.org

COMMENTS