
Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin “dövlət katibi” olmuş Ruben Vardanyan saxlanıldığı həbsxanada aclıq aksiyasını dayandırıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə onun ailəsinin bəyanatında deyilir:
Onların sözlərinə görə, Vardanyanı səhhətinin pisləşməsi və saxlanma şəraiti ilə əlaqədar aclığı dayandırmağa razı sala biliblər.
“Qısa söhbət zamanı ailə üzvləri ona müxtəlif ölkələrin hökumət rəsmiləri tərəfindən Azərbaycana qarşı artan təzyiqlər barədə məlumat veriblər. Həbsdə olan ermənilərin azad edilməsi üçün tədbirlərin görüldüyünü eşidən Ruben Vardanyan ailənin təkidli xahişlərinə tabe oldu”– deyə ailəsi bildirir.
Qeyd edək ki, ilk dəfə Vardanyan ailə üzvləri ilə telefon danışığı aparıb.
Günay
Gununsesi.info