
Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynaya səfər dəvətindən imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Die Zeit” yazır.
“Zelenski ilə heç bir əlaqə olmayıb və prezident Tramp açıq şəkildə bəyan edib ki, indi baş komandan olmadığına görə onun Ukraynaya getməsi yersizdir” – deyə bildirilib.
ABŞ-ın keçmiş lideri Donald Tramp seçki kampaniyası zamanı dəfələrlə bəyan edib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynadakı münaqişəni 24 saat ərzində bitirə bilər.
Fevral ayında Ukrayna prezidenti Zelenski Trampı ölkəyə gəlməyə dəvət edərək, onunla hətta cəbhə xəttinə belə getməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, onunla görüşməyə hazır olduğunu bildirən Zelenski fevralın 9-u yenidən Trampı Ukraynaya səfərə dəvət edib.
Şəbnəm
Gununsesi.info