
Gürcüstan Konstitusiya Məhkəməsi oktyabrın 3-də keçirilən iclasında prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı qərar qəbul etməyib.
Gununsesi.info xəbər verir ki, Konstitusiya Məhkəməsi təqdimata oktyabrın 4-də baxmağa davam edəcək.
Məhkəmənin yerli vaxtla saat 11:00-da başlaması planlaşdırılır.
Altı saat davam edən dünənki iclasda hakim “Gürcü arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze iştirak edib.
Salome Zurabişvilinin özü məhkəmə iclasında iştirak etməyib.
Sentyabrın əvvəlində hakim “Gürcü arzusu” partiyası Nazirlər Kabinetinin imtinasına baxmayaraq, prezident Salome Zurabişvilinin Avropaya səfərinə görə ona qarşı impiçment proseduruna başlayıb.
Səid Əhmədli
Gununsesi.info