Polşa Ukrayna üzərində Rusiya raketlərini vurmaq istəyir

  • Müəllif: Orxan
  • 25 Noyabr 2026 17:23

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Polşa NATO müttəfiqlərindən Ukrayna üzərindən NATO ərazisinə gedən Rusiya raketlərinin ələ keçirilməsi imkanlarını araşdırmalarını istəyib.

Gununsesi.info xəbər verir ki, medianın məlumatına görə, Varşava bu ideyanı Brüsseldə NATO səfirlərinin görüşü zamanı müzakirəyə çıxarıb. Mənbələr qeyd ediblər ki, bəzi ölkələr təklifi dəstəkləsələr də, hələlik heç bir qərar qəbul edilməyib.

Agentliyin mənbələri bildirib ki, belə bir addım Kiyevdən xəbərdarlıqlar etməsini və alyansa hava məkanına giriş icazəsi verməsini tələb edə bilər. Lakin belə bir qərarın təsdiqlənməsi üçün müttəfiqlər arasında hazırda çatışmayan yekdillik və NATO-nun yüksək rütbəli hərbi komandanlığının koordinasiyası tələb olunacaq.

Mənbələr bildirib ki, Rusiya raketlərinin Ukrayna üzərindən ələ keçirilməsi NATO-nu potensial olaraq münaqişənin tərəfi edə bilər.

NATO ölkəsindəki bir rəsmi şəxs bildirib ki, “Alyans bu xətti keçməməyə çalışır”.

Maqsud

Gununsesi.info