Güllələnən sabiq deputat xəstəxanada öldü

Bu gün Lvovda güllələnən Ukraynanın sabiq deputatı İrina Farion xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı həkimlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, həkimlər onu əməliyyat etsələr də, həyatını xilas etmək nünkün olmayıb.
Xatırladaq ki, İrina Farion suai-qəsd zamanı başından güllə yarası almışdı.
Ona atəş açan naməlum şəxsin həbsi üçün xüsusi əməliyyat keçirilir.
Lvov polisinin bildirdiyinə görə, əməliyyata xidmətlərin əməkdaşlar və regionun polis qüvvələri cəlb edilib.
İrina Farionun 60 yaşı var idi. O, dəfələrlə Ukraynada rus dilinin istifadəsinə qarşı çıxmışdı.
Gununsesi.info