Deputat Naqif Həmzəyev parlamentdə arxada əyləşməkdən məmnun göründü

Deputat Naqif Həmzəyev parlamentdə arxada əyləşməkdən məmnun göründü

Parlamentin bu gün keçirilən iclasında deputatları sosial izolyasiya məsafəsinə uyğun olaraq məsafəli şəkildə əyləşdiriblər.

Gununsesi.org xəbər verir ki, bir çox millət vəkilləri parlament binasının arxasında qonaqlar üçün nəzərdə tutulan yerlə əyləşiblər. YAP-çı deputat Naqif Həmzəyev əyləşdikləri sıradan fotolar çəkərək paylaşıb. Naqif Həmzəyev arxa cərgədə oturdulsa da, nəinki məyusluğunu ifadə etməyib, hətta öz məmnunluğunu fotolardan gizlətməyib.

Xatırladaq ki, parlamentin ötən iclasında əyləşdirildiyi yerdən narazı qalan gənc deputat Ramil Həsən öz sosial şəbəkə hesabında status yazaraq, sədrin yer bölgüsünü tənqid etmişdi. Bundan sonra Ramil Həsən Milli Məclisə çağırılaraq sədr Sahibə Qafarova tərəfindən daxili qaydalara etirazını ictimailəşdirdiyi üçün rəsmi xəbərdarlıq edilmişdi.

 

 

Gununsesi.org

COMMENTS