Azərbaycanda indiyədək 300-dək tibb işçi koronavirusa yoluxub

Azərbaycanda indiyədək 300-dək tibb işçi koronavirusa yoluxub

İndiyədək Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Qasımov deyib ki, onlardan 65 faizi sağalıb: “Onların arasında həkimlər və tibb işçiləri var. Lakin bu o demək deyil ki, onların hamısı tibb müəssisələrində virusa yoluxub. Bununla belə, bəzi tibb müəssisələrində də tibb işçiləri arasında yoluxma olub”.

Gununsesi.org

COMMENTS