Rusiyadan Azərbaycana gəlmək istəyən 100-ə yaxın vətəndaşımız bu ölkə ilə sərhəddə qalıb.
Bu barədə Gununsesi.org-a ölkəmizə gəlmək istəyən vətəndaşlarımız bildirib. Onların sözlərinə görə, Dərbənd yaxınlığında 2 gündür ki, gecələyirlər.
Bütün otellərin bağlı olması səbəbindən avtomobillərdə və ağacların altında ocaq başında səhəri açırlar.
Aralarında yaşlı və qadınların olduğunu deyən vətəndaşlarımız Gununsesi.org-un elektron ünvanına yazdıqları məktubda Rusiyadakı Səfirliyimizdən də narazılıq ediblər.
Bildiriblər ki, yaranmış vəziyyətlə bağlı ölkəmizin Rusiyadakı səfirliyinə etdikləri müraciətlərə reaksiya yoxdur: “Vətəndaşına sahib çıxmır. Biz məcburuq ki, media vasitəsilə Prezidentimizə üz tutaq ki, ölkəyə qayıdışımıza şərait yaradılsın. Bir neçə gün də burada gecələsək, sağlamlığımız tam gedəcək”.
Gununsesi.org
COMMENTS