İngiltərənin “Çelsi” klubu futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.
Gununsesi.org-un xarici mətbuata istinadən məlumatına görə, fransalı hücumçu daha bir il Premyer Liqa təmsilçisində çıxış edəcək.
Əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatacaq forvard 2021-ci ilin yayına qədər London klubunun şərəfini qoruyacaq. İtaliyanın “İnter” və “Latsio” klubları Jirunu azad agent kimi heyətinə qatmaq istəsə də, fransalı indiki komandasında qalmağa qərar verib.
Gununsesi.org
COMMENTS