ABŞ prezidenti Şimali Koreyanın liderinin xəstələndiyinə inanmır

ABŞ prezidenti Şimali Koreyanın liderinin xəstələndiyinə inanmır

Ağ evdə brifinq keçirən ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen İnin xəstələndiyi barədə xəbərlərə inanmadığını bildirib.
Gununsesi.org-un məlumatına görə, Tramp deyib ki, bütün bunlar “köhnə sənəd” üslubu ilə hazırlanmış növbəti saxta informasiyalardır.
Ağ ev rəhbəri Kim Çenin komaya düşməsi xəbərini CNN kanalının növbəti qalmaqalı adlandırıb.
Şimali Koreyada ictimai-siyasi proseslərin yaxşılığa doğru getmədiyini qeyd edən ABŞ prezidenti bildirib ki, o, Kim Çen İnlə əlaqə qurmayıb, onun səhhətini soruşmayıb.
Gununsesi.org

COMMENTS