Monika Belluçi koronavirusa görə saçlarını oğlansayağı kəsdirdi

Monika Belluçi koronavirusa görə saçlarını oğlansayağı kəsdirdi

Hollivud ulduzu, aktrisa Monika Belluçi uzun saçlarını oğlansayağı kəsdirməklə koronavirus pandemiyasından əziyyət çəkən insanlara dəstək nümayiş etdirib.
Gununsesi.org xəbər verir ki, məşhur kino aktrisası “Madame Figaro” nəşrinin yaydığı fotoları öncə Instagram səhifəsində paylaşıb.
Monika Belluçi bütün insanları sevdiyini və onlara müraciət etdiyini bildirərək bu sözləri yazıb: “Evdə qalın və özünüzü qoruyun! Tezliklə bu bəlanın bitəcəyinə və bütün viruslu xəstələrin sağalıb normal həyata dönəcəyinə inanıram. Dünya bundan sonra daha yaxşı olacaq”.
Monika Belluçi karantin rejimində darıxmadığını qeyd edib və insanlara stresə düşməməyi məsləhət görüb.
Gununsesi.org

COMMENTS