Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 366 nəfərə çatıb

Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 366 nəfərə çatıb

Rusiya paytaxtında daha 41 nəfər koronavirusdan ölüb, bununla da şəhərdə virusdan ölənlərin ümumi sayı 366 nəfərə çatıb.

Gununsesi.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

“Moskvada pnevmoniya diaqnozu qoyulmuş və koronavirus infeksiyasına yoluxma halı təsdiqlənmiş 41 xəstə ölüb, ölənlər 34-92 yaşlarındadır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada son sutkada 5849 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 68 622 nəfər təşkil edir. İndiyədək 615 nəfər də virusdan ölüb.

Gununsesi.org

COMMENTS