İtalyan model koronavirusa yoluxdu –Fotolar

İtalyan model koronavirusa yoluxdu –

İtaliyalı modelə koronavirus diaqnozu qoyulub.

Gununsesi.org xəbər verir ki, Boloniya şəhərində yaşayan Bianka Dobroyu fevralın 28-i 40 dərəcə temperatur ilə xəstəxanaya yerləşdirilib. Daha sonra 23 yaşlı modelin COVİD-19 daşıcısı olduğu müəyyənləşib. O, xəstəxanada 6 gün müalicə aldıqdan sonra vəziyyəti yaxşılaşdığı üçün təxliyə edilib və evdə karantin altına alınıb.

Bu müddət ərzində model 6 dəfə testdən keçib və hər dəfə də test nəticələri müsbət çıxıb. 55 gün virusla mübarizə aparan modelin son vəziyyətini təhlil edən italyalı virusoloq Lusiano Attard isə Dobroyunun vəziyyətinin yaxşı olduğunu açıqlayıb: “Xəstənin vəziyyəti yaxşıdır,amma nəticələr hələ də müsbət çıxır. İtaliyada bugünədək belə bir hadisə olmayıb. Nəticələr normalda 4 həftədən sonra mənfi çıxır”.

Qeyd edək ki, modelin eyni evdə yaşadığı anasının test nəticələri neqativ çıxıb.

 

Gununsesi.org

 

COMMENTS