Belarusda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 751 nəfər artaraq 8 773 olub.
Gununsesi.org-un worldometers.info-ya istinadən verdiyi xəbərə görə, son sutka ərzində daha 3 xəstə koronavirusdan vəfat edib.
Belarusda koronavirusdan ölənlərin sayı 63 nəfər, sağalanların ümumi sayı isə 1 120 nəfərdir.
Ölkədə koronavirusun müəyyənləşməsi üçün ümumilikdə 130 min test aparılıb.
COMMENTS