Boliviya Argentinaya etiraz notası verdi

Boliviya Argentinaya etiraz notası verdi

Boliviyanın xarici işlər nazirliyi, hal-hazırda Buenos-Ayresdə yaşayan ölkəsinin sabiq Prezidenti Evo Moralesin bəyanatları səbəbindən Argentinaya etiraz notası təqdim edib.

Gununsesi.org “İzvestiya”ya istinadən xəbər verir ki, Boliviyanın Xarici İşlər Naziri Karen Lonqarik Evo Moralesin ölkənin koronavirus pandemiyası fonunda daxili siyasəti barəsində əsassız bəyanatlar yaydığını bildirib.

Qeyd etmək lazımdır ki, E.Morales mütəmadi olaraq Boliviyanın yeni hökümətini tənqid atəşinə tutur.

Öz növbəsində, K.Lonqarik Evo Moralesin Argentinada hansı status daşıdığından xəbərsiz olduğunu bildirib.

 

Gununsesi.org

COMMENTS