Şəmkirdə ağır qəza, ölənlər var

Şəmkirdə ağır qəza, ölənlər var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Niva” ilə ağır tonajlı “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində “Niva”nın sürücüsü 1967-ci il təvəllüdlü Abbsov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb.

Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbin direktorudur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

 

Gununsesi.org

COMMENTS