Şəkidə yeniyetmə qız dərmandan zəhərləndi

Şəkidə yeniyetmə qız dərmandan zəhərləndi

Ötən gün saat 23 radələrində Şəki rayonunun Kiş kənd sakini, 2004-cü il təvəllüdlü Azadə Azər qızı Hacınurullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Gununsesi.org bildirir ki, APA-nın xəbərinə görə, müayinə zamanı 16 yaşlı A.Hacınurullayevanın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub.

Həkim müdaxiləsindən sonra yeniyetmənin vəziyyəti stabilləşib, hazırda o, həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS