“İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumunu rədd edir və bunu ölkəmizin suverenliyinin pozulması hesab edirik”.
Gununsesi.org-un Reuters-ə istinadən verdiyi xəbərə görə, bu fikirlər İranın ABŞ hərbi bazalarına raket zərbələri endirməsilə bağlı İraq Xarixi İşlər Nazirliyinin yaydığı bəyanatında öz əksini tapıb.
Qeyd edilib ki, İraq müstəqil bir dövlətdir, onun daxili təhlükəsizliyi prioritetdir və ölkəmizin döyüş meydanına çevrilməsinə imkan verməyəcəyik.
Bəyanatda o da vurğulanıb ki, bununla bağlı İran İslam Respublikasının İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağıracaq və bütün bu fikirlər ona şəxsən çatdırılacaq”.
Gununsesi.org
COMMENTS