Məşhur müğənni Madonna və sevgilisi haqqında maraqlı məlumat ortaya çıxıb.
Gununsesi.org “ölkə.az”a istinadən xəbər verir ki, müğənni 25 yaşlı rəqqas sevgilisinin valideynlərindən də yaşca böyükdür. Bu barədə “Daily Mail” nəşri xəbər verib.
Nəşrin məlumatına görə, gəncin valideynləri 55 və 59 yaşındadırlar.
61 yaşlı müğənninin və 25 yaşlı sevgilisinin münasibətləri rəqqasın atası tərəfindən təsdiqlənib. Onlar bütün bu müddət ərzində ictimaiyyətin diqqətini cəlb etməməyə çalışıblar.
Bildirilir ki, Madonna artıq qızını sevgilisi ilə tanış edib.
COMMENTS