“Heç bir ABŞ əsgəri ölməyib” – Tramp

“Heç bir ABŞ əsgəri ölməyib” – Tramp

“ABŞ İranla sülhə hazırdır”. 

Gununsesi.org-un xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın dünənki hücumunda heç bir ABŞ əsgəri xəsarət almayıb:

“Dünyanın ən vacib terroristini, Süleymanini öldürdük. Onu öldürərək terora dəstək verənlərə güclü mesaj verdik. İrana daha sərt sanksiyalar tətbiq edəcəyik. İran dünyada teroristlərin ən böyük sponsoru olub, nüvə silahları ilə sivil dünyanı təhdid etməkdədir. Buna icazə verməyəcəyik. İran xalqına və hökumətinə müraciət edirəm. Biz istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun. ABŞ sülh istəyən bütün ölkələrlə sülhə hazırdır” – o qeyd edib.

D.Tramp deyib ki, ABŞ həmçinin NATO-nun bundan sonra Yaxın Şərqdə daha çox aktiv olmağını istəyir.

Qeyd edək ki, İran KİV-lərinin bu ölkənin guya İraqda ABŞ hərbi bazalarını bombalaması və hərbçilərin təlafatı barədə iddialar təsdiqlənməyib.

Gununsesi.org

COMMENTS