Şəbnəm Tovuzludan sonra daha bir müğənnimiz Türkiyədə “Show TV” kanalının qonağı olub.
Gununsesi.org xəbər verir ki, ifaçı Vüsal Əliyev Ebru Akelin aparıcılığı ilə yayımlanan “Kendine iyi bak” verilişinə dəvət alıb.
Vüsal Əliyev verilişdə mahnılarını ifa edib, maraqlı söhbətlər edib. Bu haqda ifaçı sosial şəbəkədə fotolar paylaşıb. O “Show TV” əməkdaşlarına və Ebru Akelə minnətdarlığını bildirib.
Xatırladaq ki, bir müddət əvvəl “Show TV”də qonaq olan Şəbnəm Tovuzlu geyiminə görə tənqid olunmuşdu.
COMMENTS